SmartKommunal/Platforma
İdarəçi və sakin üçün

SmartKommunal platforması

Binanın gündəlik işi ayrı-ayrı fayllarda qalmasın. Mənzillər, ödənişlər və müraciətlər bir yerdə olsun.

Gündəlik işin mərkəzi

İçəridə nə var?

İdarəçi paneli və sakin tətbiqindən real görüntülər. Hansı məlumatın harada göründüyünə baxın.

Bir ayın işi, üç addım

Hesablamadan aylıq nəticəyə.

  1. 01

    Hesablama

    Mənzilə uyğun tarif və aylıq fakturalar hazırlanır. Kommunal və qaraj hesablamaları ayrıca izlənir.

  2. 02

    Ödəniş və izləmə

    Sakin tətbiqdən ödəyir, idarəçi daxilolmaları və açıq borcları görür. Qoşulmuş ödəniş xidməti ilə işləyir.

  3. 03

    Hesabat

    Yığım aylar üzrə görünür. İdarəçi hesabatı ixrac edib rəhbərliklə paylaşa bilir.

Az əl işi, daha aydın mənzərə

Gündəlik nə dəyişir?

Hər mənzilin öz hesabı

Bina, blok, mərtəbə və mənzil üzrə uçot. Bir sakinin bir neçə mənzili eyni hesabda görünə bilər.

Aylıq hesablamalar hazır

Kommunal, qaraj və digər xidmətlər üçün təkrarlanan fakturalar. Daxilolmalar və açıq borclar görünür.

Müraciətdən hesabata qədər

Mövzu, tarix və status üzrə müraciətlər, aylıq yığım və ixrac edilən hesabatlar bir iş mühitində.

Sakinin telefonunda

İdarəetmə ilə əlaqə
daha rahat olsun.

Sakin fakturalarını, ödəniş tarixçəsini və mənzillərini görür, müraciətini tətbiqdən göndərir.

Onlayn ödəniş imkanları
Fakturanı görürMənzilə aid hesablamalar
Ödəniş edirQoşulmuş ödəniş xidməti vasitəsilə
Müraciət göndərirİdarəetmə komandası ilə əlaqə

Başlamazdan əvvəl

Öz komandamızla istifadə edə bilərik?

Bəli. Platforma ayrıca seçilə bilər. Əməkdaşların giriş imkanlarını vəzifələrinə uyğun qururuq. Tam idarəetmə xidmətini götürmək məcburi deyil.

Mövcud məlumatlarımız necə köçürülür?

İstifadə etdiyiniz siyahıları və hesablaşma qaydalarını nəzərdən keçirir, köçürüləcək məlumatları dəqiqləşdiririk. Sonra köçürülmə, yoxlama və komandanın hazırlanması planını razılaşdırırıq.

14 gündən sonra nə olur?

Hesab və daxil etdiyiniz məlumatlar saxlanılır. İstifadəni uzatmasanız, məlumatlara baxa bilərsiniz, amma dəyişikliklər və yeni avtomatik fakturalar dayandırılır. Uzatmaq üçün paneldən müraciət edirsiniz; eyni hesabla davam edirsiniz. Kartdan avtomatik pul çıxılmır.

Qiymətə inteqrasiya və avadanlıq da daxildir?

Platformadan istifadə, fərdi inteqrasiya, məlumatların köçürülməsi və avadanlıq üzrə ehtiyacları ayrıca dəqiqləşdiririk. Hansı işlərin təklifə daxil olduğu və əlavə ödənişlər əvvəlcədən razılaşdırılır.

Birlikdə başlayaq

Obyektiniz barədə danışaq.

Nömrənizi və maraqlandığınız istiqaməti yazın. Binanın ehtiyaclarını söhbət zamanı dəqiqləşdirək.

Bu, ilkin müraciətdir. Qeydiyyat və ya ödəniş tələb olunmur.