Məxfilik siyasəti
Biz (“Smart Kommunal”) fərdi məlumatlarınızın qorumasına hörmət edirik.
Məxfilik siyasətimiz (Xidmət Şərtlərimiz ilə birlikdə) sizdən topladığımız və ya bizə
təqdim etdiyiniz hər hansı bir fərdi məlumatın Smart kommunal (www.smartkommunal.az)
adı altında fəaliyyət göstərən platformalarımızda (hər birində) istifadə etdiyiniz
zaman tərəfimizdən işlənəcəyinə əsas verir (desktop, planşet və mobil cihazlar da
daxil olmaqla mövcud olan hər bir versiyada) (bundan sonra "Smart kommunal" olaraq
adlandırılacaq).
Xahiş edirik, fərdi məlumatlarınızla bağlı yanaşma və təcrübəmizi və onlarla necə
davranacağımızı anlamaq üçün aşağıdakıları diqqətlə oxuyasınız.
Mobil və veb platformamız “Smart kommunal” adı altında kommersiya fəaliyyəti göstərən,həmçinin “Biz” və “Bizə” olaraq “Digitech Solutions”MMC da adlandırılan tərəfindən darə olunur.
Haqqınızda toplaya biləcəyimiz məlumatlar.
Bizə Təqdim etdiyiniz məlumatlar
Biz Sizin təqdim etdiyiniz məlumatları toplayır və saxlayırıq. Beləki, Siz aşağıdakı
hallarda fərdi məlumatlarınızı Bizə təqdim etməyi seçdiyinizi təsdiq edirsiniz:
• “Smart kommunal”-da qeydiyyatdan keçdikdə
• Binanızın idarəsi Smart kommunal vasitəsilə edilməyə başladıqda
• Bizimlə əlaqə qurduqda (məsələn, bizə e-poçt göndərdiyiniz zaman)
• “Smart kommunal”-da Təşkilatçını nəzərdən keçirdikdə
• Sorğu və ya müsabiqələrə qoşulduqda
Komendantlıq tərəfindən verilən məlumatlar
Binanızın idarəsi “Smart kommunal” vasitəsilə həyata keçirildiyi zaman onlar ilə
bağladığınız xidmət müqaviləsi və ya bu qəbildən olan istənilən sözləşməyə
əsasən komendant, idarəçi və s. məsul şəxs bizə qismən məlumatlarınızı verə
bilər.
Məlumatlarınızın saxlanılması
Biz yalnız fərdi məlumatların istifadə edildiyi müddətdə saxlanmasına görə
məsuliyyət daşıyırıq. Fərdi məlumatların məhv edilməsinə dair mövcud
qaydalarımız aşağıdakılardır:
“Smart kommunal” məhsullarını 5 il ərzində istifadə etmədikdə Biz istifadəçi hesabı
məlumatlarınızı bazamızdan siləcəyik.
36 aydan yuxarı müddətdə saxlanılan bütün əlaqəli məlumatları adsızlaşdıracayıq.
Siz həmçinin Bizə fərdi məlumatlarınızın silinməsi barədə [email protected] və
ya +99451 əlaqə vasitələri ilə müraciət edə bilərsiniz. Biz bu tipli
sorğulara 21 gün ərzində cavab veririk.
Fərdi məlumatlarınızın redaktə edilməsi
“Smart kommunal”-dan istifadə edərkən Siz “Smart kommunal”-da hesab açmağı seçə bilərsiniz.
Bu halda, təqdim etdiyiniz məlumatlar istədiyiniz zaman tərəfinizdən redaktə edilə
bilər.
Siz həmçinin fərdi məlumatlarınızda dəyişiklik etmək üçün Bizə də müraciət edə
bilərsiniz.Bu tipli sorğulara 21 gün ərzində cavab veriləcək.
Fərdi Məlumatlarınızı Harada Saxlayırıq
Toplanılan məlumatlar Azərbaycan Respublikasından kənar hər hansı məkana
ötürülə və orada saxlanıla bilər.
Məlumatlarınızın ötürülməsi zamanı məlumatın qorunmasını və məxfilik barədə
müvafiq qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etmək üçün müvafiq
addımlar atacayıq. Biz həmçinin, məlumatlarınız Azərbaycan Respublikasından
kənara ötürüldüyü halda sözügedən məlumatlarınızla etibarlı və bu məxfilik
siyasətinə uyğun şəkildə rəftar edilməsi üçün bütün ağlabatan texnololi və digər
tədbirləri həyata keçirəcəyik.
Sizdən topladığımız məlumatdan necə istifadə və emal edirik. Bizə təqdim etdiyiniz və ya sizin barənizdə əldə etdiyimiz məlumatları aşağıdakı məqsədlər üçün istifadə edirik:
• Qeydiyyatdan keçdiyiniz hesabları idarə etmək
• Əməliyyatları (xidmətləri) rezerv etməyə yol vermək
• Mənzilinizi və ya mənzillərinizi idarə etmək üçün yol vermək
• İstədiyiniz xidmətlər barədə sizə məlumat vermək, məsələn, sifarişinizin elektron
qaydada təsdiqi barədə məktub
• Sizə əhəmiyyətli inzibati qaydalar barədə elektron məktublar(e-poçt, sms, zəng)
göndərmək üçün, məsələn, Xidmət Şərtlərimizə əsaslı dəyişikliklər edildiyi halda
• Bizə göndərdiyiniz e-poçtlara cavab vermək
• Marketinq xarakterli mesaiların göndərilməsinə icazə verdiyiniz halda, sizə
marketinq xarakterli ismarıclar göndərmək
• Mobil tətbiqdən istifadə etdiyiniz zaman sizə müvafiq xidmətlərin siyahısını
təqdim etmək
• Əlaqəli və istifadəçi məlumatlarını təhlil edərək məhsul və xidmətlərimizi
təkmilləşdirmək
• Tərəfdaşlarımıza ümumiləşdirilmiş məlumatları ötürmək
• Marketinq kampaniyalarımızı optimallaşdırmaq və təkmilləşdirmək
• Dövlət və ya hüquq-mühafizə orqanlarının tələblərinə cavab vermək və
qanunvericiliklə müəyyən edilən qaydada və həcmdə Bizdən tələb edilən hüquqi
tənzimləmə və digər tələblərə cavab vermək üzrə öhdəliklərimizi yerinə yetirmək.
Məlumatlarınızın saxlanılması
Biz yalnız fərdi məlumatların istifadə edildiyi müddətdə saxlanmasına görə
məsuliyyət daşıyırıq. Fərdi məlumatların məhv edilməsinə dair mövcud
qaydalarımız aşağıdakılardır:
1. Bizə təqdim etdiyiniz bütün məlumatlar Amerika Birləşmiş Ştatları və digər Avropa
İqtisadi Bölgəsi ölkələrində yerləşən (və ya üçüncü tərəf olan server provayderləri)
təhlükəsiz serverlərimizdə saxlanılır. Sizə mobil tətbiqin müəyyən hissələrinə giriş
etməyə imkan verən parol verdiyimizdə (və ya seçdiyiniz yerdə), bu parolun məxfi
saxlanması üçün cavabdehsiniz.
2. İnternet vasitəsilə məlumatın ötürülməsi tam təhlükəsiz deyil. Fərdi
məlumatlarınızı qorumaq üçün əlimizdən gələn bütün səyləri göstərəcəyik, lakin
“Smart kommunal”-a ötürülən məlumatlarınızın tam təhlükəsizliyini təmin edə bilmərik,
hər hansı bir ötürülmə riskinə görə cavabdehliyi siz daşıyırsınız.
Məlumatlarınızı əldə etdikdən sonra icazəsiz girişin qarşısını almaq üçün sərt
təhlükəsizlik tədbirlərindən istifadə edəcəyik.
Məlumatlarınızın Üçüncü tərəflərə ötürülməsi
İstifadəçinin şəxsi məlumatlarının işlənməsi vaxt məhdudiyyəti qoyulmadan, istənilənqanuni üsul ilə, həmçinin avtomatlaşdırma və avtomatlaşdırma olmadan şəxsi məlumatlarıninformasiya sistemində həyata keçirilir.
İstifadəçinin şəxsi məlumatları Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanlarınayalnız Azərbaycan Respublikası qanunvericiliyində müəyyən olunmuş qaydada təqdim olunabilər.
Şəxsi məlumatların itirildiyi və ya yayıldığı halda saytın Administrasiyası İstifadəçiniməlumatlandırır.
Sayt Administrasiyası İstifadəçinin şəxsi məlumatının məxfiliyinin saxlanılması, qeyri-qanuni və ya təsadüfi ələ keçmə, ləğv olunması, dəyişdirilməsi, bloklaşması, surətininçıxarılması, yayılması və s. üçüncü şəxslərin qeyri qanuni hərəkətlərin qarşısını almaq üçünlazımi təşkilati və texniki tədbirləri həyata keçirir.
Mobil tətbiqin Administrasiyası İstifadəçi ilə birlikdə İstifadəçinin məxfi məlumatlarınınitirilməsi və ya yayılması ilə bağlı ziyanın ödənilməsini və ya mənfi nəticələrin qarşısını almaqüçün lazımi tədbirləri həyata keçirir.
Hüquqi Öhdəliklər
“Smart kommunal”, mobil tətbiqində göstərilən xidmət təşkilatçılarının və ya digər
“Smart kommunal” istifadəçilərinin hüquqlarını, mülkiyyətini və təhlükəsizliyini qorumaq
məqsədilə fərdi məlumatlarınızı qanundan gələn öhdəliklərimizin icrası ilə
əlaqədar olaraq olaraq və ya “Smart kommunal” Xidmət Şərtlərindən irəli gələn öhdəlikləri
yerinə yetirmək və ya tətbiq etmək üçün açıqlamaq və ya paylaşmaq öhdəliyimiz
yarandığı halda.
İctimaiyyətə açıq məlumat
Fərdi məlumatlarınızı ictimaiyyətə açıq şəkildə yayımladığınız halda (məsələn, rəy
bölüşsəniz) digər “Smart kommunal” istifadəçilərinin sizi tanıması və ya üçüncü tərəflərin bu məlumatları toplaması mümkün ola bilər.
Marketinq Əlaqələri
Bizdən marketinq mesalları almağı seçərək bu tip mesallara abunə ola bilərsiniz.
E-poçtları qəbul etməyi seçməyi və ya marketinq kommunikasiyalarına daxil olan
abunəliyi dayandırmağı hesabınızın ayarlar hissəsindən və ya abunəçiliyi
dayandırma linkləri vasitəsilə idarə edə bilərsiniz.
Xarici Linklər
“Smart kommunal”, müəyyən müddətlərdə üçüncü tərəflərin veb səhifələrinə və ya onların veb səhifələrindən linklər daşıya bilər. Bu veb səhifələrdəki hər hansı bir linki
izlədiyiniz təqdirdə, xahiş edirik həmin veb səhifələrin öz məxfilik siyasətlərinə
malik olduqlarını və bu siyasətlər ilə əlaqədar Bizim heç bir məsuliyyət və ya
öhdəlik daşımadığımızı nəzərə alasınız.
Bu veb səhifələrə hər hansı bir fərdi məlumat göndərməzdən əvvəl həmin
qaydalara nəzər yetirməniz məsləhət görünür
Məlumat əldə etmək
Haqqınızda olan bütün fərdi məlumatlarınızın surətini əldə etmək qanuni
hüququnuzdur. Məlumat əldə etmək hüququnuz xidmət şərtlərinə uyğun olaraq
həyata keçirilə bilər. Fərdi məlumatların mühafizəsi və məxfilik siyasətimizdəki dəyişikliklər gələcəkdə fərdi məlumatların mühafizəsi və məxfilik siyasətimizdə hər hansı bir dəyişiklik edilərsə bu səhifədə yerləşdiriləcək və zərurət yarandıqda bu dəyişikliklərsizə e-poçt hesabınız vasitəsilə bildiriləcəkdir.
Bizimlə Əlaqə
Yuxarıda sadalanan məlumatlarla bağlı hər hansı narahatlıq yaranarsa və ya bu
Məxfilik Siyasəti ilə bağlı əlavə suallarınız və ya şərhləriniz olarsa,
[email protected] elektron poçt ünvanımız vasitəsilə bizimlə əlaqə yaratmağınız xahiş olunur.